7 Nisan 2025 Pazartesi

Ruh düşkünlüyü - I

    Bəzən hədəflərimizə çox köklənirik. O qədər ki, hətta özümüzü, insan olduğumuzu unuduruq. Onu fəda edək, bunu fəda edək, bu gün gəzməsəkdə olar, sabah o istədiyim hər nəyisə almasamda olar sonra bir baxırıq ki, motivasiyasızlıq, istəksizlik hətta halsızlıq. Bütün günlər, həftələr və aylar eyni dörd divar, eyni iş və eyni rutin. Ən vacibi, eyni rutin, eyni gündəlik fədalar toplusu. Bütün bu fədalar toplusu qarşısında mental gücümüz yavaş yavaş kiçilir və o sonda biraz dincəl yalvarışlarından sonra bitir.

Sonrasında olana isə Ruh Düşkünlüyü deyirik.  



 

     Baxın, çox çalışmaq və sonda isə o hədəfə çatmamaq ruh düşkünlüyünə səbəb olmaz. Buna səbəb bizim etdiyimiz fədakarlıqların qarşılığını ala bilməməyimizdir. O səbəblə eyni hədəfi mənimsəmiş iki insanın ikisidə hədəfinə çatmadıqda biri daha çox üzülür digəri daha az. Bu o demək deyil az üzülən daha az əmək sərf edib, bəlkə də günlərcə çalışırmış. Onun Ruhu üçün bu fədakarlıq daha kiçik idi, digər çox üzülən isə etdiyi kiçik əməyə qaldıra biləcəyindən daha çox məna yükləmiş və fədakarlıq etmişdi. 

    Fiziki bir limitimiz olduğu kimi, mental limitimiz vardır. Kimimiz üçün öhdəsindən gəlinməsi rahat görünən bir hadisə kimimiz üçün travma səbəbi ola bilir. Mental gücümüzü aşır və ya üst üstə o qədər acı çəkirik ki, son hadisə son damla olur. 

    O səbəblə kimə və nəyə nə qədər dəyər verməli olduğumuzu yaxşı anlamalıyıq. Artıq fədakarlıqlar mütləq şəkildə bizi yoracaqdır, biz biləcəyik və ya bilməyəcəyik. Heç kəs əvəzedilməz deyil, heç bir fikir, layihə və ya iş son haqqımız, son çarəmiz deyil. Biz, insan olaraq ilk öncə özümüzü anlamalıyıq. Çünki başqa biri bunu bizim üçün istəsə belə edə bilməz. Bir düşünün, insan özünü anlamazsa özünə nə qədər haqqsızlıq etmiş olar? - Səni tam olaraq anlayacaq tək insan sənsən və səndə səndən üz döndərirsən. 

     Unutmayın ki, bizi ən doğru şəkildə başa düşən elə bizik. Bu səbəblə özümüzdən nə qədər fəda edəcəyimizə diqqətlə yanaşmalıyıq. 


- xronikisevgi

24 Şubat 2025 Pazartesi

Bəzilərimiz daha çox sevir.

    Müğənninində dediyi kimi, mən belə ürək görmədim, belə sevgi.. Varlığımız boyunca tutunduğumuz ən böyük budaqlardan biridir, birini sevmək. İnsan zamanla sevgiyədə alışır sevgisizliyə də. Lakin o birinə aşiq olub xoşbəxt olma xəyalı sonsuza qədər içimizdə olur. Nə qədər canavarlaşmış olsaq belə..

Bəzən birinə qarşı elə hisslər keçiririk ki, adını belə qoya bilmirik. Digər hər kəs üçün, o, normal biridir lakin artıq bizim üçün deyil. Adına min cür qoşma edirik, bağlılıq, sevgi, istək lakin heç biri duyğularımızı tam ifadə edə bilmir. Çünki, hər sevən adına sevgi deyir lakin bəzilərimiz həqiqətən daha çox sevir. Bütün qüsurlarına, bütün yalanlarına, bütün o əksikliklərə, məntiqsizliyə rəğmən belə bəzən birilərini həddən artıq sevə bilirik. Halbu ki, o nə bizə eyni sevgini bəsləmir nə də bizim üçün ideal deyil. Aşkı bizim üçün bu qədər romantik & ruhani edəndə məhz budur - çünki məntiqimizə tərsdir. 


Lakin mütləqdir ki, hər sevgiyə qarşılıq lazımdır. Belə olmadıqda o sevgi kimisində tez kimisində gec, kimisində çox gec lakin sonunda hissə-hissə ölür.

Aşiq olmaq barədə yazımda (Baxınız: Aşiq Olmaq) qeyd etdiyim kimi, beyin öz yolunu tapır. 


(Bu yazı tamamlanmamışdır)