Bəzən hədəflərimizə çox köklənirik. O qədər ki, hətta özümüzü, insan olduğumuzu unuduruq. Onu fəda edək, bunu fəda edək, bu gün gəzməsəkdə olar, sabah o istədiyim hər nəyisə almasamda olar sonra bir baxırıq ki, motivasiyasızlıq, istəksizlik hətta halsızlıq. Bütün günlər, həftələr və aylar eyni dörd divar, eyni iş və eyni rutin. Ən vacibi, eyni rutin, eyni gündəlik fədalar toplusu. Bütün bu fədalar toplusu qarşısında mental gücümüz yavaş yavaş kiçilir və o sonda biraz dincəl yalvarışlarından sonra bitir.
Sonrasında olana isə Ruh Düşkünlüyü deyirik.
Baxın, çox çalışmaq və sonda isə o hədəfə çatmamaq ruh düşkünlüyünə səbəb olmaz. Buna səbəb bizim etdiyimiz fədakarlıqların qarşılığını ala bilməməyimizdir. O səbəblə eyni hədəfi mənimsəmiş iki insanın ikisidə hədəfinə çatmadıqda biri daha çox üzülür digəri daha az. Bu o demək deyil az üzülən daha az əmək sərf edib, bəlkə də günlərcə çalışırmış. Onun Ruhu üçün bu fədakarlıq daha kiçik idi, digər çox üzülən isə etdiyi kiçik əməyə qaldıra biləcəyindən daha çox məna yükləmiş və fədakarlıq etmişdi.
Fiziki bir limitimiz olduğu kimi, mental limitimiz vardır. Kimimiz üçün öhdəsindən gəlinməsi rahat görünən bir hadisə kimimiz üçün travma səbəbi ola bilir. Mental gücümüzü aşır və ya üst üstə o qədər acı çəkirik ki, son hadisə son damla olur.
O səbəblə kimə və nəyə nə qədər dəyər verməli olduğumuzu yaxşı anlamalıyıq. Artıq fədakarlıqlar mütləq şəkildə bizi yoracaqdır, biz biləcəyik və ya bilməyəcəyik. Heç kəs əvəzedilməz deyil, heç bir fikir, layihə və ya iş son haqqımız, son çarəmiz deyil. Biz, insan olaraq ilk öncə özümüzü anlamalıyıq. Çünki başqa biri bunu bizim üçün istəsə belə edə bilməz. Bir düşünün, insan özünü anlamazsa özünə nə qədər haqqsızlıq etmiş olar? - Səni tam olaraq anlayacaq tək insan sənsən və səndə səndən üz döndərirsən.
Unutmayın ki, bizi ən doğru şəkildə başa düşən elə bizik. Bu səbəblə özümüzdən nə qədər fəda edəcəyimizə diqqətlə yanaşmalıyıq.
- xronikisevgi
(Bu yazı tamamlanmışdır, II hissə yazılacaqdır)

Hiç yorum yok:
Yorum Gönder