Bu sualın altında gizlənən həqiq sual tamamən fərqlidir. Hər birimiz istəsəkdə istəməsəkdə ətrafımıza baxar, incələyər və nəticəyə vararıq. "Niyə bəzilərimizin həyatı çətindir?" bir çoxumuz üçün əslində ağlımızdakı "Niyə mən çətin yollardan keçirəm?" sualının özlüyümüzdə daha "etik"ləşdirdiyimiz halıdır.
Yüksək empatiya ilə digərlərinin halına üzülüb bu tip suallarla savaşan üstün insanlar bu mətnin mövzusu xaricindədir. Düşünülə bilər ki, yüksək empatiya qabiliyyəti olan biri bir digəri üçün üzülə bilməzmi? - Bir canlı təsirinə bir başa və ya dolayı məruz qalmadığı heçnəyi xəyal edə bilmir. Hər nə qədər empatiya qurduğumuzu, onu anladığımızı düşünsəkdə eyni hiss etmirik.
İllər öncə bir təspit diqqətimi çəkmişdi. Demək olar istəydiyim heçnə rahat yoldan alınmır, mütləq ki onun "haqqım" olması üçün savaşmalı olurdum. Bənzər yoldayıq kimi görünürdü, bənzər hədəfə çatmağa çalışırdıq lakin məndən tez və daha rahat çatırdılar. Bu vəziyyətlə savaşaraq ona qalib gələcəyimi düşünürdüm, lakin olmaya bilir. Bəzilərimiz üçün həqiqətən həyat çətin ola bilir. Onun birşeyləri öyrətmə yolu belədir. Elə sözlər, məsləhətlər, fikirlər vardır ki, illərdir qulağımızdadır, eşidir anladığımızı düşünürük lakin həyat o yönə axmağa başlayanda yeni yeni anlamağa başladığımızın fərqinə varırıq. Tam olaraq bunun üçün yaşamaq, yaşamağımız lazım imiş.
Bunlar sizə hazırda heçnə ifadə etməyə bilər. Fərqinə varışdan öncə ilk yaşadığımız duyğu "Birşeyləri qaçırırıq" hissidir və bunun "günahı" əksərən bizdə deyil. Çöldə yaşanmalı olan çox şey var, hiss edilməli olan çox hiss var fikri uzun müddətdir ömrümüzdədir. Bütün bu düşüncələr onsuzda depresiv olan ruh halımızı daha da zədələyir, daha da depresiyaya gömülməyimizə səbəb olur. Bəzilərimiz əvvəldən geri çəkilir bəzilərimiz bir qədər savaşdıqdan sonra. Bəli, hamımız geri çəkilirik və bu pis anlamda olmaya bilir. Tam olaraq burada o "fərqinə varış" başlayır: Həyat budur. O çöldə olmayıb qaçırdığımızı düşündüyümüz, bir dəfə verilir onuda bu cür "həba" etdiyimizi düşündüyümüz həyat budur. Nietzsche’nində dediyi kimi: "Amor Fati" - "Taleyi sevmək".
"Taleyi sevmək" bir məğlub oluş deyil, geri çəkilişdir, ona qarşı savaşmaq yerinə onunla dans etmək. Çünki qaçırdığımızı düşündüyümüz heçnəyi o qaçırdığımızı düşündüyümüz cür əldə edə bilməyəcik. Çünki insan belə bir canlı deyil. Bizlər duyğusal, fəlsəfik, qurucu canlılarıq. Çöldəkilər bunu belə yaşadılar fikri hər nə qədər bizə cəlb edici gəlsə belə eyni hissə, hədəfə bir yolla çata biləcək qədər sabit varlıqlar deyilik.
(Bu yazı tamamlanmamışdır)
Hiç yorum yok:
Yorum Gönder