7 Nisan 2025 Pazartesi

Ruh düşkünlüyü - I

    Bəzən hədəflərimizə çox köklənirik. O qədər ki, hətta özümüzü, insan olduğumuzu unuduruq. Onu fəda edək, bunu fəda edək, bu gün gəzməsəkdə olar, sabah o istədiyim hər nəyisə almasamda olar sonra bir baxırıq ki, motivasiyasızlıq, istəksizlik hətta halsızlıq. Bütün günlər, həftələr və aylar eyni dörd divar, eyni iş və eyni rutin. Ən vacibi, eyni rutin, eyni gündəlik fədalar toplusu. Bütün bu fədalar toplusu qarşısında mental gücümüz yavaş yavaş kiçilir və o sonda biraz dincəl yalvarışlarından sonra bitir.

Sonrasında olana isə Ruh Düşkünlüyü deyirik.  



 

     Baxın, çox çalışmaq və sonda isə o hədəfə çatmamaq ruh düşkünlüyünə səbəb olmaz. Buna səbəb bizim etdiyimiz fədakarlıqların qarşılığını ala bilməməyimizdir. O səbəblə eyni hədəfi mənimsəmiş iki insanın ikisidə hədəfinə çatmadıqda biri daha çox üzülür digəri daha az. Bu o demək deyil az üzülən daha az əmək sərf edib, bəlkə də günlərcə çalışırmış. Onun Ruhu üçün bu fədakarlıq daha kiçik idi, digər çox üzülən isə etdiyi kiçik əməyə qaldıra biləcəyindən daha çox məna yükləmiş və fədakarlıq etmişdi. 

    Fiziki bir limitimiz olduğu kimi, mental limitimiz vardır. Kimimiz üçün öhdəsindən gəlinməsi rahat görünən bir hadisə kimimiz üçün travma səbəbi ola bilir. Mental gücümüzü aşır və ya üst üstə o qədər acı çəkirik ki, son hadisə son damla olur. 

    O səbəblə kimə və nəyə nə qədər dəyər verməli olduğumuzu yaxşı anlamalıyıq. Artıq fədakarlıqlar mütləq şəkildə bizi yoracaqdır, biz biləcəyik və ya bilməyəcəyik. Heç kəs əvəzedilməz deyil, heç bir fikir, layihə və ya iş son haqqımız, son çarəmiz deyil. Biz, insan olaraq ilk öncə özümüzü anlamalıyıq. Çünki başqa biri bunu bizim üçün istəsə belə edə bilməz. Bir düşünün, insan özünü anlamazsa özünə nə qədər haqqsızlıq etmiş olar? - Səni tam olaraq anlayacaq tək insan sənsən və səndə səndən üz döndərirsən. 

     Unutmayın ki, bizi ən doğru şəkildə başa düşən elə bizik. Bu səbəblə özümüzdən nə qədər fəda edəcəyimizə diqqətlə yanaşmalıyıq. 


- xronikisevgi

24 Şubat 2025 Pazartesi

Bəzilərimiz daha çox sevir.

    Müğənninində dediyi kimi, mən belə ürək görmədim, belə sevgi.. Varlığımız boyunca tutunduğumuz ən böyük budaqlardan biridir, birini sevmək. İnsan zamanla sevgiyədə alışır sevgisizliyə də. Lakin o birinə aşiq olub xoşbəxt olma xəyalı sonsuza qədər içimizdə olur. Nə qədər canavarlaşmış olsaq belə..

Bəzən birinə qarşı elə hisslər keçiririk ki, adını belə qoya bilmirik. Digər hər kəs üçün, o, normal biridir lakin artıq bizim üçün deyil. Adına min cür qoşma edirik, bağlılıq, sevgi, istək lakin heç biri duyğularımızı tam ifadə edə bilmir. Çünki, hər sevən adına sevgi deyir lakin bəzilərimiz həqiqətən daha çox sevir. Bütün qüsurlarına, bütün yalanlarına, bütün o əksikliklərə, məntiqsizliyə rəğmən belə bəzən birilərini həddən artıq sevə bilirik. Halbu ki, o nə bizə eyni sevgini bəsləmir nə də bizim üçün ideal deyil. Aşkı bizim üçün bu qədər romantik & ruhani edəndə məhz budur - çünki məntiqimizə tərsdir. 


Lakin mütləqdir ki, hər sevgiyə qarşılıq lazımdır. Belə olmadıqda o sevgi kimisində tez kimisində gec, kimisində çox gec lakin sonunda hissə-hissə ölür.

Aşiq olmaq barədə yazımda (Baxınız: Aşiq Olmaq) qeyd etdiyim kimi, beyin öz yolunu tapır. 


(Bu yazı tamamlanmamışdır)

13 Şubat 2025 Perşembe

Həmişə hər şeyə "sağol" deməyə hazır olmaq.

    Həqiqətən güclü insanların sahib olduğu özəllikdir. Güc yalnız bir parametrə bağlı olmur. Güclü və zəif tərəflərimiz, fikirlərimiz olur. Hər şeyə "sağol" deyə bilmək isə bunlar arasında sahib ola biləcəyimiz ən güclü özəlliklərdən biridir. 

Həyat, hər anında bizə nələr gətirəcəyini bəlli etməyən, bəzən anlayışlı, bəzən "vicdansız" oyunçudur. Bəli oyunçu, həyatın bizə yaxınlaşımı bu tərzdədir çünki oyunun qaydaları belədir. Həyat qarşımıza nə çıxarır çıxarsın daima oyunda qalacağımızı, ona uyğun həmlə etməli olduğumuzu unutmamalıyıq. Bir şahmat taxtası kimi, həyat öz planını qurur, bizdə öz. Həyat bizim planlarımız qarşısında təəccübə düşür, bizdə həyatın. Biz nə qədər güclü həmlə etsək belə həyat daima öz həmləsini geciktirməyəcək. Eləcə də biz, onun həmlələri qarşısında öz "həyatımızı" yaşamalıyıq.

Bunu da ən asandlaşdıran özəlliklərimizdən biri "hər zaman hər şeyə sağol" deyə bilməkdir.

Həyata bir dəfə gələcəyimiz reallığını əksərən yanlış şərh edirik. Bəli bir dəfə gəlirik elə bu səbəblə həyatın həmlələri nə olur olsun onu yaşamağa baxmalıyıq. Ehtiyac olduqda üzülməli, elə hiss etdiyimizdə ağlamalıyıq. Çünki həyat tam olaraq budur: çöldə qaçırdığımız heçnə yoxdur. Hazırda olduğumuz həyatı yaşamalı, dəyişməli, əsəbləşməli, üzülməli, sevinməli, çıldırmalıyıq. Yaşamalıyıq. 

Həyatımıza kimləri, nələri aldığımıza diqqət etməli, onlara nə qədər bağlanacağımıza isə xüsusi diqqə etməliyik. Hər şeyə "düşməməli", hər şeyi bəyənməməliyik. Çətin görünür? Bəli) Çox yerdə qarşımıza çıxdığı kimi burada da təməldə "özünəinam" dayanır. Kifayət qədər özünəinamı olan insan üçün "sağol" demək heçdə çətin deyil. Dolayısı ilə "hər şeyə hər zaman sağol" deyə bilmək üçün özümüzü sevməli, tanımalı, bacarıqlarımıza inanmalıyıq! Özünü sevmək bu həyatda sahib ola biləcəyimiz bəlkə də ən güclü bacarıqdır (Özünü sevmək və özünə inam üçün fərqli yazı yazılacaq).

Kifayət qədər özünü sevmə və inanma bacarığından sonra həyat artıq əvvəlkindən daha rahat, daha "sevimli" və daha yaşanıla biləcək olacaq. 

Unutmayın ki, nə olur olsun lakin sözün tam anlamında nə olur olsun özünüzü və insanlığı sevin. Bütün həyatın anlamı buradan keçir.

Amma vəlakin bu özəllik göründüyü qədər asand sahib oluna biləcək bir özəllik deyil. Hər gözəl şeyin bir qüsuru olduğu kimi bu bacarığında ciddi bir qüsuru var. Ona sahib olan biri bir də heç vaxt heçnəyə əəvvəlki kimi bağlanmayacaqdır. Zatən anladığınız üzrə bacarığın təməlidə budur.

12 Şubat 2025 Çarşamba

Niyə bəzilərimiz çətin yoldan keçirik?

    Bu sualın altında gizlənən həqiq sual tamamən fərqlidir. Hər birimiz istəsəkdə istəməsəkdə ətrafımıza baxar, incələyər və nəticəyə vararıq. "Niyə bəzilərimizin həyatı çətindir?" bir çoxumuz üçün əslində ağlımızdakı "Niyə mən çətin yollardan keçirəm?" sualının özlüyümüzdə daha "etik"ləşdirdiyimiz halıdır. 

Yüksək empatiya ilə digərlərinin halına üzülüb bu tip suallarla savaşan üstün insanlar bu mətnin mövzusu xaricindədir. Düşünülə bilər ki, yüksək empatiya qabiliyyəti olan biri bir digəri üçün üzülə bilməzmi? -  Bir canlı təsirinə bir başa və ya dolayı məruz qalmadığı heçnəyi xəyal edə bilmir. Hər nə qədər empatiya qurduğumuzu, onu anladığımızı düşünsəkdə eyni hiss etmirik.
   
İllər öncə bir təspit diqqətimi çəkmişdi. Demək olar istəydiyim heçnə rahat yoldan alınmır, mütləq ki onun "haqqım" olması üçün savaşmalı olurdum. Bənzər yoldayıq kimi görünürdü, bənzər hədəfə çatmağa çalışırdıq lakin məndən tez və daha rahat çatırdılar. Bu vəziyyətlə savaşaraq ona qalib gələcəyimi düşünürdüm, lakin olmaya bilir. Bəzilərimiz üçün həqiqətən həyat çətin ola bilir. Onun birşeyləri öyrətmə yolu belədir. Elə sözlər, məsləhətlər, fikirlər vardır ki, illərdir qulağımızdadır, eşidir anladığımızı düşünürük lakin həyat o yönə axmağa başlayanda yeni yeni anlamağa başladığımızın fərqinə varırıq. Tam olaraq bunun üçün yaşamaq, yaşamağımız lazım imiş.

Bunlar sizə hazırda heçnə ifadə etməyə bilər. Fərqinə varışdan öncə ilk yaşadığımız duyğu "Birşeyləri qaçırırıq" hissidir və bunun "günahı" əksərən bizdə deyil. Çöldə yaşanmalı olan çox şey var, hiss edilməli olan çox hiss var fikri uzun müddətdir ömrümüzdədir. Bütün bu düşüncələr onsuzda depresiv olan ruh halımızı daha da zədələyir, daha da depresiyaya gömülməyimizə səbəb olur. Bəzilərimiz əvvəldən geri çəkilir bəzilərimiz bir qədər savaşdıqdan sonra. Bəli, hamımız geri çəkilirik və bu pis anlamda olmaya bilir. Tam olaraq burada o "fərqinə varış" başlayır: Həyat budur. O çöldə olmayıb qaçırdığımızı düşündüyümüz, bir dəfə verilir onuda bu cür "həba" etdiyimizi düşündüyümüz həyat budur. Nietzsche’nində dediyi kimi: "Amor Fati" - "Taleyi sevmək".

"Taleyi sevmək" bir məğlub oluş deyil, geri çəkilişdir, ona qarşı savaşmaq yerinə onunla dans etmək. Çünki qaçırdığımızı düşündüyümüz heçnəyi o qaçırdığımızı düşündüyümüz cür əldə edə bilməyəcik. Çünki insan belə bir canlı deyil. Bizlər duyğusal, fəlsəfik, qurucu canlılarıq. Çöldəkilər bunu belə yaşadılar fikri hər nə qədər bizə cəlb edici gəlsə belə eyni hissə, hədəfə bir yolla çata biləcək qədər sabit varlıqlar deyilik.


(Bu yazı tamamlanmamışdır)

30 Ocak 2025 Perşembe

Niyə hər şeyi hekayələşdiririk.

    Niyə xatirələrimizi, danışacaqlarımızı hekayələşdiririk? Robot kimi olanları ard-arda danışsaydıq daha sürətli, daha effektiv, daha yadda qalan olmazdımı? 

- Xeyr, olmazdı. İnsanları digər bütün canlılardan ayıran ən böyük xusuiyyətlərindən biridə duyğusal olmağı deyil, romantik-duyğusal olmalarıdır. İnsanlar romantik canlılardır. Bu səbəblə duyğusal baxdıqları hər anı, xatirəni duyğuları ilə birlikdə romantikləşdirirlər. Romantik anlar, hisslər, yeməklər, yollar və hətta intiharlar. Insanların bu romantik yönünün ən böyük xaricə vurmasıda hekayələşdirmələridir.

Bu səbəblə öz yazdığı hekayədə, özünün "öldürdüyü" qəhrəman üçün o qədər ağlamışdı, Lev Tolstoy. Çünki, o hekayə arıtq bir hekayə deyildi, mənəvi yaşanmışlıq idi. Duyğuların yarı romantik yarı dramatik xaricə vurması idi. Hamınız dönəm dönəm bu kimi hisslər yaşayırıq, yaşamışıq. Öz düşüncələrimizlə ağlamış, gülmüşük hətta bəzən əsəbləşmişik. 

Bilinci olan canlıların dünya fərqindəliyi yüksək olduğu üçün mənəvi acıları daha böyükdür. Bu acı və romantiklik ətrafımızı, xəyal və arzularımızı hekayələşdirməyimizə səbəb olur. Şairlər, yazarlar, filosoflar əksəriyyətinin həyatında acı dolu dönəmlər olmuşdur. Elit ailədə böyümüş, bu qabiliyyətin təhsilini almış və ya həyatın sözü yerindədirsə "yumruqları" altında öyrənmək məcburiyyətində qalmışdır.

Hekayələrimiz bizim üçün anına görə fərqli mənalar daşıyır. Kimisi ünsiyyət vasitəsi, kimisi reallıqdan qaçış kimisi üçün sadəcə asudə vaxtın səmərəli keçirilməsi.

(Bu yazı tamamlanmamışdır)

28 Ocak 2025 Salı

Hər oğlanın ağlında olan ideal qız.

Çox qısaca toxunacam. Açıq danışaq bəylər, Bullshit. Hər insan özünə özəldir.

Hər insan həyatının müəyyən hissəsində ona mənəvi, fiziki güc qatacaq birini axtarır. Bu axtarışlarımız bəzən istəyərək bəzən istəməyərək davam edir. Çünki bizlər, kimindən kiminə, cinsindən tipinə dəyişməklə bərabər, sosial varlıqlarıq. Kişilərində qadınlar kimi xəyallarında özlərinə uyğun "qurduqları" ideal qadın vardır. Yuxarıda da açıq yazdığım kimi, bu xəyal hər zaman həqiqi insani xüsusiyyətləri özündə cəmləməz; o çox vaxt daxili duyğularımızın, ehtiyaclarımızın, arzularımızın, güclü və əksik yönlərimizin qarışımı olan mücərrəd "biridir". 

Bu qadın əkrəsən kişilər üçün daxili duyğularının balansını özündə əks ettirir. Bir Porsche'nin həm mühərriki həm əyləci kimi. Həm yaşam həm ölüm səbəbi kimi. Bu qadının sevgisi və hörməti "şərtsizdir". Bizi bu dünyanın acı həqiqətlərindən hər qarşılaşmamızda alır aparır. Güclü olmaq onunda yanında fərqli bir anlam daşıyır. Xəyal edilən bu "qadın" yalnızca fiziki deyil, eyni zaman duyğusal bir arzudur. Fiziki mükəmməliklə birləşən bu "qadın", xəyal olmağa məhkum qalır. Hər nə qədər kişilərin xəyalındakı bu qadın çox dərin və duyğusal "biri" olsa belə həyatda belə bir mükəmməl münasibətin yaşanması mümkün deyil.

Çünki reallıq tamamən fərqlidir. Nə əksik, nə artıq sadəcə fərqli. Hər insan özünə özəldir və biz insan axtarırıq. Bu səbəblə, hər kəsin ağlında olan bu ideal "qadın", bir insanla münasibət yaşandığı an unudulur. Çünki "onda" digərlərində olmayan gözdənqaçmayacaq bir əksik var; o var deyil. 

Bununla insan fərqinə varır ki, həqiqi eşk əksiklərlə, üstünlüklərlə birlikdə olur. Həqiqi sevgi bir həyat yoludur. O səbəblə böyüklərimzi adına 'həyatyoldaşı' deyib. Bu qadınla qarşılaşan kişi onun xəyalındakı kimi mükəmməl olmasını gözləməz, gözlədiyi şey bütün qəlbi ilə bağlana biləcəyi və tamamən qarşılığını görəbiləcəyi biri olmasıdır.

O səbəblə xəyal edilən qadınla həqiqətin kəsişdiyi nöqtədə ən duyğusal hekayələr yazılır.

(Bu yazı tamamlanmışdır lakin əlavələr ediləcəkdir.)

22 Ocak 2025 Çarşamba

İntihar. - I

    Bir dəfə belə olsa ciddi şəkildə düşünüb bu qərara gəlmiş insanlarda həyat birdə uzun müddət əvvəl olduğu kimi hiss etdirmir. Səbəbindən asılı olmayaraq verilə biləcək ən ciddi qərar.

(Bu yazı tamamlanmamışdır)